Çaylarda suyun səviyyəsi artıb

Çaylarda suyun səviyyəsi artıb

İyunun 26-sı saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Böyük Qafqazın ərazisindən axan Qaraçayda suyun səviyyəsi 13 sm, Katexçayda 12 sm, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayda 27 sm, Əsrikçayda 8 sm, Şəmkirçayda 4 sm artıb.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev Oxu.Az-a bildirib ki, iyunun 26-da səhər saat 8:00-8:30 radələrində yağan leysan yağış nəticəsində Qax rayonu ərazisindən axan Kürmükçaydan, Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan və Şəki rayonu ərazisindən axan Kişçaydan sel keçib və hazırda davam edir:

"Avtomat stansiyalar vasitəsilə çaylarda suyun səviyyəsi mütəmadi izlənilir".

Mənbə: oxu.az