Qəbələdə Nohurqışlaqdan keçən magistral yolda hərəkət bərpa olundu - Video

Qəbələdə Nohurqışlaqdan keçən magistral yolda hərəkət bərpa olundu - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə güclü külək səbəbindən Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunun Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisindən keçən hissəsində 2 irigövdəli ağacın aşması və nəticədə magistiral yolun bağlanması barədə məlumat daxil olub.

Bu barədə FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Xilasedicilər müvafiq vasitələrlə aşmış ağacların hissələrə kəsilərək yoldan götürülməsini, bununla da magistral yolda sərbəst hərəkətin bərpasını təmin ediblər.

Mənbə: qafqazinfo.az