3 polisi qətlə yetirən şəxs belə zərərsizləşdirilib - FOTO

3 polisi qətlə yetirən şəxs belə zərərsizləşdirilib -

Xəbər verdiyimiz kimi, iyunun 24-də Xəzər rayonunda 3 polis əməkdaşını qətlə yetirən şəxs hadisə yerində zərərsizləşdirildi.

Cinayəti törədən Rövşən Oqtay oğlu Allahverdiyevin zərərsizləşdirildiyi anın fotosunu əldə edib.

Qeyd edək ki, Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş və axtarışda olan 1986-cı təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev 24 iyunda polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib, nəticədə 3 polis və 1 mülki şəxsi qətlə yetirib.

Mənbə: axar.az