Kiyevdə oteldə ABŞ səfirliyinin attaşesinin meyiti tapıldı

Kiyevdə oteldə ABŞ səfirliyinin attaşesinin meyiti tapıldı

ABŞ-ın Ukraynadakı səfirliyinin attaşesinin meyiti Kiyevdə “Hilton” otelində tapılıb.

Bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb.

Nəşrin hüquq-mühafizə orqanlarındakı mənbəsinin məlumatına görə, həmin şəxs Ukraynaya iyunun 15-də gəlib. Meyitin üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. ABŞ səfirliyinin verdiyi məlumata görə, o, yüksək xolesteroldan əziyyət çəkirmiş. Digər təfərrüatlar verilməyib.

Mənbə: bizim.media