Ağcabədidə avtomobillə traktor toqquşdu, ölən var

Ağcabədidə avtomobillə traktor toqquşdu, ölən var

Ağcabədidə minik avtomobili traktorla toqquşub, ölən var.

Hadisə Qiyaməddinli kəndində qeydə alınıb.

Belə ki, "VAZ" markalı minik avtomobili ilə "Belarus" markalı traktor toqquşub və 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Mənbə: bizim.media