"Turalın maşınında xanım da əyləşmişdi" - Dəhşətli qətlin şahidləri danışdı - VİDEO

"Turalın maşınında xanım da əyləşmişdi" - Dəhşətli qətlin şahidləri danışdı -

Paytaxtın Nərimanov rayonunda, axşam saatlarında baş verən silahlı insidentin bəzi detalları məlum olub.

Şahidin sözlərinə görə, Tural Kosayevin yanında qız da olub:

"Turalın maşınında xanım da əyləşmişdi. Arxasında isə qara maşın saxladı. Daha sonra avtomobillərdən düşdülər. Mərhum qıza görə İsmayıl Allahverdiyevi təhqir etdi. Mübahisədən sonra o, qaçmağa başladı, İsmayıl isə belindən silahı çıxararaq Turala atəş açdı".

Qeyd edək ki, hadisəni törədən 19 yaşlı İsmayıl Allahverdiyev "Ya sən öləcəksən, ya mən", - deyərək 24 yaşlı Tural Kosayevi güllələyib.

APA TV-nin süjetini təqdim edirik:

Mənbə: www.bakupost.az