Şəmkirdə 52 yaşlı kişi itkin düşüb - FOTO

Şəmkirdə 52 yaşlı kişi itkin düşüb -

Şəmkir rayon sakini, 1972-ci il təvəllüdlü Pənahov Xaliq Vaqif oğlu iyunun 20-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, itkin düşən şəxsin əlamətləri belədir: boyu 170 sm, ağ saçlı, gözlərinin rəngi qəhvəyi, arıq bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində zolaqlı köynək, qara şalvar və qara rəngli ayaqqabı olub.
Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Şəmkir Rayon Polis Şöbəsinin (022)305-28-02 şəhər və 050-341-05-58 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Xaliq Pənahovun psixi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Mənbə: apa.az