İstanbulda əməliyyat: 10 əcnəbi saxlanıldı

İstanbulda əməliyyat: 10 əcnəbi saxlanıldı

Türkiyə polisi İstanbulda "İslam Dövləti" (İŞİD) terror qruplaşması ilə əlaqədə şübhəli bilinən on əcnəbini saxlayıb.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“İstanbulun 7 rayonunda 17 ünvanda dövlət üçün təhlükə törətməkdə şübhəli bilinən şəxslərin saxlanılması üçün əməliyyat keçirilib”, - deyə agentlik məlumat yayıb.

Polisin tədbirləri nəticəsində on əcnəbi saxlanılıb, barələrində istintaq-əməliyyat tədbirləri başlanılıb. Şübhəlilərin milliyyəti açıqlanmır.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya daha əvvəl il ərzində 6 vilayətdə İŞİD-lə əlaqədə şübhəli bilinən 3,5 mindən çox şəxsin saxlanıldığını açıqlamışdı.

Oxşar əməliyyatlar Türkiyədə mütəmadi olaraq həyata keçirilir.

Tural

Mənbə: publika.az