Sabunçu rayonu, Bakıxanov qəsəbəsində və Binəqədi rayonu, Azadlıq prospektində yerləşən doqquzmərtəbəli yaşayış binalarının liftlərində vətəndaşlar köməksiz vəziyyətdə qalıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər xüsusi vasitələrlə liftlərin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakinləri xilas ediblər.
Mənbə: qafqazinfo.az