Bayden onu bağışlamayacaq

Bayden onu bağışlamayacaq

ABŞ Prezidenti Co Bayden “WikiLeaks”in qurucusu Culian Assancı cəzasından azad etmək fikrində deyil.

Dövlət başçısının mövqeyini Ağ Evin mətbuat katibi Karine Jan-Pyer açıqlayıb.

“Xeyr, bu nəzərdən keçirilmir”, - deyə o bildirib.

Qeyd edək ki, ötən gün o, milli müdafiə məlumatlarını əldə etmək və açıqlamaq üçün sui-qəsddə günahkar olduğunu etiraf edib. Assanc İngiltərədəki həbsxanadan azad edilərək Avstraliyaya qayıdıb.

Xatırladaq ki, “WikiLeaks” 2006-cı ildə Culian Assanc tərəfindən yaradılmış qeyri-kommersiya təşkilatıdır. Təşkilatın məqsədi məxfi sənədləri və məlumatları ictimaiyyətə çatdırmaqdır.

2010-cu il oktyabrın 28-də “WikiLeaks” ABŞ-nin İraq və Əfqanıstanda həyata keçirdiyi əməliyyatlarla bağlı 251 min gizli sənəd dərc edib. Bu səbəbdən Assanc 2019-cu ildə saxlanılıb. Daha sonra o, zaminə buraxılsa da, şərtləri pozduğuna görə həbs edilib və Londondakı Belmarş həbsxanasına aparılıb.

Mənbə: qafqazinfo.az