İsmayıllının Qoydan kənd sakinlərinin təxliyəsinə başlanılıb

İsmayıllının Qoydan kənd sakinlərinin təxliyəsinə başlanılıb

İsmayıllı rayonunun Qoydan kəndində torpaq sürüşməsi nəticəsində sakinlərin təxliyəsinə başlanılıb.

Bu barədə Yuxarı Şirvan bürosuna İsmayıllı Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd edilib ki, sakinlərin müvəqqəti olaraq kirayə evlərə köçürülməsi nəzərdə tutulur.

Xatırladaq ki, bir neçə gündür intensiv yağışlar nəticəsində rayonun Qoydan kəndi ərazisində torpaq sürüşməsi baş verib. Təbiət hadisəsi kənd sakinlərinin evlərinə xeyli ziyan vurub, yaşayış üçün təhlükəli vəziyyət yaranıb.

Ötən gün Qızıl Aypara Cəmiyyəti tərəfindən kənd sakinlərinə müvəqqəti məskunlaşmaq üçün xüsusi çadırlar verilməsinə baxmayaraq, artıq bu gündən FHN-in əməkdaşları sakinlərə kəndi dərhal tərk etməyi tövsiyə ediblər. Onların bir hissəsinin qohum evlərinə, bir hissəsinin isə kirayə mənzillərə köçürülməsi nəzərdə tutulur.

Hazırda kənddə təxliyə işləri davam edir.

Mənbə: oxu.az