57 yaşlı kişi hündürlükdən yıxılıb öldü

57 yaşlı kişi hündürlükdən yıxılıb öldü

Qazax sakini ehtiyatsızlıq nəticəsində ölüb.

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə rayonun Xanlıqlar kəndində baş verib. Kənd sakini, 1962-ci il təvəllüdlü Şəadət Qədimov evin çardağında qaynaq aparatını cərəyən xəttinə qoşmaq istəyərkən hündürlükdən yerə yıxılıb. Ağır xəsarət alan 57 yaşlı kişi hadisə yerində ölüb. Meyitin müayinəsi zamanı onun hündürlükdən yıxıldığı zaman daxili orqnalarının zədələndiyi və bu səbəbdən də öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli

Mənbə: qafqazinfo.az