Yevlaxda 17 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb

Yevlaxda 17 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb

Yevlax rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Havarlı kəndində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Nurnazarov Rasim Abid oğlu naməlum şəraitdə bıçaqlanaraq xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar araşdırma aparılır.

Mənbə: apa.az