Goranboyda avtomobil qadın piyadanı xəstəxanalıq etdi

Goranboyda avtomobil qadın piyadanı xəstəxanalıq etdi

Goranboy rayonunda avtomobil 53 yaşlı piyadanı vurub.

Hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayon Dəliməmmədli şəhər ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “Toyota Prado” markalı avtomobil yolu keçmək istəyən 1969-cu il təvəllüdlü Mahirə Məmmədovanı vurub.

Xəstəxanaya çatdırılan qadına ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Mənbə: bizim.media