Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət aldı

Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət aldı

Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qaraçuxur qəsəbəsində 2003-cü il təvəllüdlü Aslanov Lətif Elşən oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Hadisə zamanı xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Mənbə: bizim.media