Müştərilərin kart məlumatlarını əzbərləyərək oğurluq etdi - AĞLASIĞMAZ...

Müştərilərin kart məlumatlarını əzbərləyərək oğurluq etdi - AĞLASIĞMAZ...

Tokioda bir mağazada kassir kimi çalışan 34 yaşlı şəxs 1300 müştərinin kredit kartı məlumatlarını əzbərləyib. Daha sonra yaddaşına toplanan məlumatları kompyuterə köçürərək 270 min yapon yeni dəyərində alış-veriş edib.

Moderator.az xəbər verir ki, Susumu Yusuke Taniguchi adlı şəxs fotoqrafik yaddaşından istifadə edərək müştərilərin kredit kartı məlumatlarını oğurlamaqda günahlandırılır.

Tokio polisi sözügedən şəxsin 16 rəqəmli kart nömrələrini, adları və təhlükəsizlik kodlarını tam şəkildə xatırladığını deyib.

Kamran

Mənbə: moderator.az