Bakıda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Bayıl qəsəbəsində qeydə alınıb.

Belə ki, hadisə zamanı 53 yaşlı Məlikov Azər Qəhrəman oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin küt travması və alın nahiyəsinin əzilmiş yarası diaqnozu qoyulub.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Goranboyda minik maşını traktorla toqquşub, xəsarət alanlar var

SONRAKI XƏBƏR

Göygöldə avtomobil piyadanı vurdu