Qəddarcasına döyülərək öldürülən 18 yaşlı Aygün haqqında YENİ FAKTLAR - VİDEO

Qəddarcasına döyülərək öldürülən 18 yaşlı Aygün haqqında YENİ FAKTLAR - VİDEO

Beyləqanda döyülüb yolun kənarına atılan 18 yaşlı Quliyeva Aygün Mehman qızıını kənd sakinləri dəfn eləyib.

BAKU.WS APA TV-yə istinadla xəbər verir ki, naməlum şəxs və ya şəxslər tərəfindən qəddarcasına döyülən 18 yaşlı Beyləqan rayonunun Yuxarı Aran kənd sakini Aygün Quliyeva bu gün səhər saatlarında dünyasını dəyişib.

Məhkəmə Tibbi ekspertiza tərəfindən müayinə olunduqdan sonra Aygün Quliyevanın meyiti ailəsinə təhvil verilib. Mərhumun bacısı Gülnar Quliyeva sözlərinə görə bacısı döyüldüyü gecə onun yaşadığı evə gəlib. Çox ləngimədən evdən çıxıb.

Gülnar Quliyeva onu da bildirir ki, ailənin maddi imkanı zəif olduğundan bacısının meyitini günün ikinci yarısınadək xəstəxanadan çıxarda bilməyiblər. Kənd sakinlərinin müdaxiləsindən sonra mərhumu dəfn ediblər. Gülnarın dediklərini qonşuları da təsdiqləyir.

Ataları və qardaşları ətraf rayonlarda çobanlıq edir. Evə yaşayan isə yaşlı ana və müəmmalı şəkildə həyatını itirən Aygün yaşayırmış. Faktla bağlı araşdırma aparılır.
BAKU.WS

 

Mənbə: baku.ws