3 yaşlı uşaq xəstəxanada ölüb

3 yaşlı uşaq xəstəxanada ölüb

Bakıda xəstəxanada 3 yaşlı uşaq dünyasını dəyişib.

Open.az "Report"a istinadən xəbər verir ki, hadisə oktyabrın 9-da Xətai rayonunda yerləşən Neyrocərrahiyyə Xəstəxanasında baş verib.

Belə ki, oktyabrın 3-də Qobustan rayon sakini, 2016-cı il təvəllüdlü Rasim Muradov başın əzilmiş yaraları xəsarəti ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra yaralı əvvəlcə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına, oradan da Bakıda yerləşən Neyrocərrahiyyə Xəstəxanasına aparılıb. Oktyabrın 9-da isə körpə orada ölüb.

Faktla bağlı Qobustan Rayon Prokurorluğunda araşdırılma aparılır.

Mənbə: open.az