Yevlaxda qətl törədən şəxsin kimliyi məlum olub

Yevlaxda  qətl törədən şəxsin kimliyi məlum olub

Yevlaxda qətl törədən şəxsin kimliyi məlum olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, rayonun Havarlı kəndində 2002-ci il təvəllüdlü həmkəndlisi Rasim Nazarovu bıçaqla qətlə yetirən Bəkirov Yasin Göyüş oğlu saxlanılıb.

Yasin Bəkirov bu günlərdə hərbi xidmətdən qayıdıbmış. Hadisə zamanı o, mübahisə etdiyi qonşusunun ürək nahiyəsinə bıçaqla zərbə vurub. Xəsarəti ağır olduğundan və çoxlu qan itirdiyindən R. Nazarovun həyatını xilas etmək mümkün olmayıb.

Mənbə: apa.az