Bakı. Trend:
Gəncədə 5 mərtəbəli binada yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 3 ədəd elektrik sayğacı yanıb. Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə: az.trend.az