Gəncədə qadını intihar həddinə çatdıran şəxsin məhkəməsi başlayır

Gəncədə qadını intihar həddinə çatdırmaqda, hədə-qorxu ilə pul tələb etməkdə, dələduzluqda, quldurluqda təqsirləndirilən Allahverdi Nuriddinoğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Qeyd edək ki, hadisə bu il Gəncə şəhərində baş verib. Aysel Babayeva (şərtidir) intihar edib. Araşdırmalar zamanı məlum olub ki, qadın uzun müddətdir Allahverdi Nuriddinoğlu tərəfindən şantaj edilirmiş. Hüquq-mühafizə orqanları tərəfindən A. Nuriddinoğlu saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

A. Nuriddinoğlu Cinayət Məcəlləsinin 125-ci (özünün öldürmə həddinə çatdırma), 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə - xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 178.1-ci (dələduzluq) və 181.2.2-ci (quldurluq - təkrar törədildikdə) maddəsi ilə ittiham verilib.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə ordusunun əməliyyatından son məlumatlar - FOTO

SONRAKI XƏBƏR

“Yalan deyir, testi o gətirməyib... Elçibəy demişdi Firudini gözüm görməsin”