Bakı-Şamaxı yolunda qəza - "BMW" 17 yaşlı qızı vurub öldürdü

Bakı. Samir Əli - Trend:

Bakı-Şamaxı yolunda yeniyetmə qızı maşın vurub.

Trend-in məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 22-ci kilometrliyində, Abşeron rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Ağayev Azad Əzizağa oğlu idarə etdiyi "BMW" markalı 90 DH 530 dövlət nömrə nişanlı avtomobillə Şamaxı rayonu istiqamətində hərəkətdə olarkən yolu keçən, 2002-ci il təvəllüdlü Abdullayeva Solmaz Bəhruz qızını vurub.

Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Deputat tələbələrə görə spikerə müraciət etdi

SONRAKI XƏBƏR

"Uşaq doğsam, fiquram pozular, sonra yığıb-yığışdırmaq olmayacaq" - Xatundan ŞOK SÖZLƏR