Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Quba rayonu Amsar kənd sakini, 1963-cü il təvəllüdlü Quliyev Telman İbadulla oğlunun idarə etdiyi avtomobil yoldan çıxaraq aşıb.
Qəza nəticəsində T.Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
O, Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: apa.az