Naməlum şəraitdə bıçaqlanan 17 yaşlı oğlan öldü

Naməlum şəraitdə bıçaqlanan 17 yaşlı oğlan öldü

Yevlax rayonunda bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilən 17 yaşlı oğlan dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, 2002-ci il təvəllüdlü Nazarov Rasim Abid oğlunun xəsarəti ağır olduğundan və çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Yevlax rayon Prokurorluğu tərəfindən istintaq araşdırmaları aparılır.

Mənbə: www.unikal.org