Keçmiş arvadını döyən kişi haqqında cinayət işi açıldı

Keçmiş arvadını döyən kişi haqqında cinayət işi açıldı

Övladını görmək istəyən ananı döyən kişi haqqında cinayət işi açılıb.

Hadisə cari il yanvarın 6-da övladını görmək istəyən Aymaisə Quliyevanın başına gəlib. O, keçmiş həyat yoldaşı tərəfindən döyülüb.

Onun sözlərinə görə, artıq beş aydır polis orqanlarına verdiyi şikayəti ilə bağlı yekun cavab ala bilmir.

Məsələ ilə bağlı sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimli məlumat verib.

O bildirib ki, faktla bağla Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin (CM) müvafiq maddəsi ilə cinayət işi başlanılıb:

"Cinayət işinin istintaqı yekunlaşma mərhələsindədir. Yaxın günlərdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək".

Qeyd edək ki, Aymaisə Quliyeva 2017-ci ildə Cəlal Quliyev ilə ailə həyatı qurub. 2023-cü ilin oktyabr ayında cütlüyün nikahı rəsmi olaraq pozulub. 22 noyabr 2023-cü ildə Nizami Rayon Məhkəməsi maddi sıxıntılar səbəbindən cütlüyün birgə nikahdan doğulmuş övladının "Nikahın pozulması və uşağın atanın yanında qalması"na dair Qətnamə çıxarıb. A.Quliyeva bir neçə gün sonra oğlu Camalla görüşdüyünü desə də, növbəti dəfə oğlunu görməyə gələn ana keçmiş əri Cəlal Quliyev tərəfindən şiddətə məruz qalıb.

Könül Cəfərli

Mənbə: oxu.az