Bakıda kafedə yanğın olub

Bakıda kafedə yanğın olub

Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 40 m² olan taxta konstruksiyadan ibarət kafenin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: oxu.az