Bakıda ağırçəkili şəxsi evdən çıxarmaq üçün qaynar xəttə zəng etdilər

Bakıda ağırçəkili şəxsi evdən çıxarmaq üçün qaynar xəttə zəng etdilər

Bakıda ağırçəkili şəxsi evdən çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinə müraciət edilib. Sonxeber.az-a FHN-dən verilən məlumata əsasən, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda ağırçəkili 1 nəfərin evdən çıxarılaraq təcili yardım briqadasına təhvil verilməsi barədə müraciət daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

 

 

Mənbə: sonxeber.az