Ronaldonun ağlamasına anası belə reaksiya verdi - Video

Ronaldonun ağlamasına anası belə reaksiya verdi - Video

Ötən gün AÇ-2024-ün 1/8 finalında keçirilən Portuqaliya – Sloveniya matçında penaltidən yararlana bilməyən ulduz futbolçu Kriştianu Ronaldonun ağlaması diqqət çəkib.

Qarşılaşmanı tribunadan izləyən superulduzun anası Dolores Aveiro oğlunun ağlamasından sonra göz yaşlarını saxlaya bilməyib.

Onların ağlayarkən göz-gözə gəlməsi də kameralardan yayınmayıb.

Mənbə: qafqazinfo.az