Kiyev, 10 oktyabr, AZƏRTAC
Kiyev vilayətinin Basrışevka qəsəbəsində uşaq bağçasında kütləvi zəhərlənmə baş verib. AZƏRTAC Kiyev vilayət Prokurorluğunun saytına istinadla xəbər verir ki, qidadan zəhərlənənlərin sayı 20-yə yaxındır.
Hazırda zəhərlənmənin hansı qidadan baş verdiyini müəyyənləşdirmək üçün araşdırma aparılır. Faktla bağlı cinayət işi açılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Mənbə: azertag.az