Ermənistanda “bomba həyəcanı” yaradan şəxs TUTULDU

Ermənistanda “bomba həyəcanı” yaradan şəxs

“Gümrüdəki Şirak hava limanına bomba qoyulması barədə siqnal yalandır".

Bunu Ermənistan daxili işlər nazirinin mətbuat katibi Narek Sarkisyan deyib.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin əməkdaşları Milli Təhlükəsizlik Xidmətindəki həmkarları ilə birgə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirərək yalan siqnal verməkdə şübhəli bilinən 36 yaşlı şəxsi saxlayıblar:

"Aeroportun normal fəaliyyəti bərpa olunub”.

Mənbə: bizim.media