Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 42 km-də, rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı nəqliyyat vasitəsi Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Sürücü müxtəlif növ bədən xəsarətlərilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə: report.az