Şamaxıda su kanalına düşən heyvan xilas edilib

Şamaxıda su kanalına düşən heyvan xilas edilib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Şamaxı rayonunun Qonaqkənd kəndində iribuynuzlu heyvanın su kanalına düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən heyvan su kanalından çıxarılıb və sahibinə təhvil verilib.

 

Mənbə: az.trend.az