Tovuzda motosikletlə minik maşını toqquşub, xəsarət alan var

Tovuzda motosikletlə minik maşını toqquşub, xəsarət alan var

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Tovuz avtovağzalının qarşısında qeydə alınıb.

Belə ki, hərəkətdə olan motosikletlə minik maşınının toqquşması nəticəsində birincinin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az