JEEP motosikleti vurub qaçdı, sürücüsü öldü

JEEP motosikleti vurub qaçdı, sürücüsü öldü

Tovuz rayonunda zəncirvari qəza hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun “avtovağzal” deyilən ərazisində qeydə alınıb.

JEEP markalı avtomobil öncə “VAZ - 2106” markalı avtomobili, daha sonra isə motosikleti vurub.

Nəticədə motosikletin sürücüsü ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, 1984-cü il təvəllüdlü Əliyev Babək Sabir oğlu dünyasını dəyişib.

Hadisə zamanı JEEP markalı avtomobilin sürücüsü ərazidən qaçıb.

Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.

Mənbə: www.oxu.az