Almaniyada qədim türk məzarları dağıdılıb – FOTO

Almaniyada qədim türk məzarları dağıdılıb – FOTO

Almaniyada Osmanlı əsgərlərinə aid məzarlar dağıdılıb. AzEuroNews.com xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Hannover şəhərində xristian qəbirstanlığında qeydə alınıb. Şəhərin “Königsworterplatz” meydanında olan “Neustadter Str Andreas Məzarlığı”nda vəsiyyətləri üzrə üzü qibləyə dəfn edilən Həsən və Mehmet adlı iki türk əsgərinin məzarı hələlik kimliyi bilinməyən şəxs və ya şəxslər tərəfindən dağıdılıb.

Hadisə ilə bağlı Hannoverdə yaşayan Türkiyə vətəndaşları polisə şikayət ediblər.

Məlumat üçün qeyd edək ki, hər iki əsgər Osmanlı-Müqəddəs İttifaq müharibəsi (1683-1699) zamanı osmanlıların II Vyana mühasirəsində məğlub olmasından sonra əsir düşüb. 8 il əsir kimi Vyana kral sarayında saxlanılan əsgərlər aralarında bir ay zaman fərqi olmaqla 1691-ci ildə vəfat ediblər.

Vyana kralının icazəsi və vəsiyyətlərinə uyğun olaraq onlar xristian məzarlığında, üzü qibləyə dəfn ediliblər.

 

Mənbə: azeuronews.com