Bakıda minik avtomobili qəzaya uğrayıb, tıxac yaranıb

Bakıda minik avtomobili qəzaya uğrayıb, tıxac yaranıb

Bakıda minik avtomobili qəzaya uğrayıb.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda, keçmiş "Komsomol dairəsi" kimi tanınan ərazidə qeydə alınıb.

Mərkəz istiqamətində hərəkətdə olan "Chevrolet Niva" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil dəmir maneələrə çırpılıb. Qəza ilə əlaqədar yolda tıxac yaranıb.

Əraziyə yol polisi əməkdaşları cəlb edilib.

Ramin Şahbazov

Mənbə: report.az