Gədəbəydə yol qəzasında 2 nəfər ölüb
Press.Az xəbər verir ki, fevralın 28-də Düzyurd kəndində, rayon sakini R.Hüseynovun idarə etdiyi “VAZ-21011” və şəhər sakini M.Tağıyevin idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobillər toqquşub.
Nəticədə R.Hüseynov, arvadı Nüşabə və digər 2 sərnişini, habelə M.Tağıyev xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
R.Hüseynov və N.Hüseynova orada ölüblər.
Gədəbəy RPŞ-də araşdırma aparılır.
Mənbə: press.az