Deputatın və hakimin oğlu tanışlarını döyüb öldürdülər

Deputatın və hakimin oğlu tanışlarını döyüb öldürdülər

Rusiyanın Krasnoyarsk vilayətində deputatın oğlu keçmiş hakimin oğlu ilə tanışlarını ölümcül döyüblər.

Sonxeber.az məlumatına əsasən, şübhəli şəxsləri sonradan saxlayıblar. Yerli sakinlər günahkarların cəzalandırılmasını tələb etmək üçün aksiyaya hazırlaşıblar.

Saxlanılanlardan biri fırıldaqçılıq və qarətə görə, digəri isə qarət və narkotik maddələrin satışına görə məhkumluq həyatı yaşayıblar.
İstintaq komitəsindən bildirilib ki, saxlanıların yüksək çinli məmur qohumları cəzadan yayınmağa kömək edə bilməyəcək.
Qeyd edək ki, cinayət hadisəsi 15 sentyabrda baş verib. Andrey Şilov və Sergey Şmelev döydükləri şəxsi videoya da çəkiblər. Döyülən şəxs isə komaya düşüb və 6 oktyabr tarixində vəfat edib.

 

 

Mənbə: sonxeber.az