Qəbələnin maraqlı gecə "qonağı" - VİDEO

Qəbələnin Həzi Aslanov küçəsində maraqlı hadisə baş verib. Gecə saatlarında maşınla gəzintiyə çıxan bir neçə nəfər vəhşi heyvanla rastlaşıblar.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bir anda maşının qarşısında balaca ayı balası peyda olub və maşının işiqlarından ürkərək çay kənarına doğru qaçmağa başlayıb.

Sakinlər deyirlər ki, bu, ilk belə hal deyil. Məlumat üçün bildirək ki, həmin ərazi Dəmiraparan çayının sahilindədir. Oradan 300 m kənarda sıx dağlıq və meşəlik ərazi başlayır. Ayı balasının yem axtarmaq məqsədilə dağdan şəhərə endiyi güman edilir. Ərazidə Qəbələnin ən böyük otellərindən biri yerləşir.

Milli.Az

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Aİ-dən Türkiyəyə çağırış: Qoşunlarınızı çıxarın

SONRAKI XƏBƏR

Çexiya Türkiyəyə silah satışını dayandırdı – Qərar