Sumqayıtda avtomobil 52 yaşlı kişini vuraraq öldürüb

Sumqayıtda avtomobil 52 yaşlı kişini vuraraq öldürüb

Sumqayıtda avtomobil 52 yaşlı kişini vuraraq öldürüb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə "Sumqayıt stansiyası" adlanan ərazidə baş verib.

Belə ki, 1967-ci il təvəllüdlü Quliyev Ramazan Sabir oğlu yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı aldığı xəsarətdən hadisə yerində ölüb. Hadisəni törədən sürücü ərazini tərk edib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az