Ekvadordakı etirazlar zamanı ölənlərin sayı 8 nəfərə çatıb

Ekvadorda etiraz aksiyaları zamanı 8 nəfər ölüb, 1340 nəfər yaralanıb.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, iğtişaşlarda polis tərəfindən 1192 nəfər saxlanılıb.

Qeyd edək ki, Ekvadorda etirazlar oktyabrın əvvəlindən başlayıb. Kütləvi aksiyalara səbəb ölkədə yanacağın qiymətinin qalxması və iqtisadi islahatlar üçün dövlət subsidiyalarının ləğvi oldu.

Ölkədə fövqəladə vəziyyət elan edən Ekvador prezidenti tərəfindən qərargahını paytaxtdan Quayaquil şəhərinə köçürdüyü bildirilir.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

"Tottenhem" sabiq qapıçısı ilə müqavilə imzaladı

SONRAKI XƏBƏR

Nokia'nın ilk 5G dəstəkli smartfon modelinin dizaynı və bəzi özəllikləri ortaya çıxdı