Ölkə ŞOKDA: ölənlərin sayı 67 nəfərə çatdı

Ölkə ŞOKDA: ölənlərin sayı 67 nəfərə çatdı

Yaponiyanın mərkəzi və şərq regionlarında tüğyan edən "Haqibis" qasırğası qurbanlarının sayı 67 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Qeyd edilir ki, təbii hadisənin ən çox qurbanı Fukusima prefekturasındadır. Burada qasırğa nəticəsində 25 nəfər ölüb.

Bütün ölkə üzrə zərərçəkənlərin sayı 200 nəfəri ötüb. Daha 10 nəfər itkin düşüb.

Ölkənin Nazirlər Kabinetinin baş katibi Yosihide Suqa bildirib ki, təbii hadisənin təsirinə məruz qalmış rayonlarda infrastrukturun bərpası davam edir, axtarış-xilasetmə əməliyyatları aparılır. Özünümüdafiə qüvvələrinin əsgərləri daxil olmaqla, bu işlərə təxminən 11 min nəfər cəlb edilib.

Hazırda təxminən 34 min ev elektrik enerjisindən məhrum olub. Habelə 130 min evdə su təchizatı yoxdur.

Qasırğadan zərər çəkmiş ərazilərdə 230-dan çox məktəb işləmir, onlarla supermarket bağlanıb, 120-dən çox bankomat sıradan çıxıb. Əllidən çox ərazidə çayların və su hövzələrinin daşqınları qeydə alınıb.

Mənbə: publika.az