Bakıda marşrut avtobusu piyada qadını vurub

Bakıda marşrut avtobusu piyada qadını vurub

Bakının Qaradağ rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, 149 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu 1984-cü il təvəllüdlü Babayeva Hakimə Hakim qızını vuraraq xəsarət yetirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az