"Namizədliyimi vermişəm..." - Elza Seyidcahandan ilginc seçki açıqlaması

"Namizədliyimi vermişəm..." - Elza Seyidcahandan ilginc seçki açıqlaması
Hər dəfə Milli Məclisə seçkilər keçiriləndə ən müxtəlif sahələrdən olan insanlar seçki marafonuna qoşulur. Bəzən onların arasında aktrisa, müğənni və digər sənət adamları da olur. Məsələn, ötən seçkilərdə Əməkdar artist, müğənni Elza Seyidcahan da namizədliyini irəli sürmüşdü.
Maraqlıdır, deputat seçilməsə də, AYB-yə üzv qəbul edilən müğənni bu dəfə seçkiyə qatılacaqmı?
O, cavabında yenə də özünəməxsus və qəribə fikirlər səsləndirib:
“Parlament seçkilərinə namizədliyimi vermişəm, özü də göyün yeddinci qatından. Siz bunu dediyim kimi yazın, camaat nə demək istədiyimi başa düşəcək”.
Əməkdar artist çəki atması məsələsinə də aydınlıq gətirib:
“Sağlam olduğum üçün mədəkiçiltmə əməliyyatı keçirmişəm. Səhnənin tələbatıdır, ona görə artıq çəkiyə "yox" demişəm”.
Qeyd edək ki, Elza Seyidcahan 2020-ci ilin növbədənkənar parlament seçkilərində 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürmüşdü.
Vasif Əlihüseyn

Mənbə: www.bakupost.az