Şəkidə azyaşlı qaynar suya düşüb

Şəkidə azyaşlı qaynar suya düşüb

Şəkidə 6 yaşlı uşaq bədbəxt hadisə nəticəsində qaynar su olan verdəyə düşüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saatlarında rayonun Böyük Dəhnə kənd sakini, 2013-cü il təvəllüdlü Qasım Elçin oğlu Qafurlı yaşadığı evin həyətyanı sahəsində velosiped sürərkən ehtiyatsızlıqdan həyətə yenicə qoyulmuş, içərisində qaynar su olan vedrənin üstünə yıxılıb. Nəticədə Q.Qafurlı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

O, hər iki aşağı ətrafın və bədən səthinin 2-3 A dərəcəli qaynar su yanığı dioqnozu ilə Şəki Uşaq Xəstəlikləri Xəstəxanasına daxil olub.

Vəziyyətinin orta-ağır olduğu qiymətləndirilir.

Mənbə: apa.az