Şəkidə yanıq xəsarətləri alan kişi reanimasiyaya yerləşdirildi

Şəkidə yanıq xəsarətləri alan kişi reanimasiyaya yerləşdirildi

Şəkidə 57 yaşlı kişi yanıq xəsarətləri alıb.

Bizim.Media xəbər verir ki, Şəki rayon Baş Kəldək kənd sakini 1967-ci il təvəllüdlü Mais Qinyət oğlu Nəbiyev ağır dərəcəli yanıq xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Reanimasiya şöbəsinə yerləşdirilən kişinin müalicəsi xəstəxanada davam etdirilir.

M.Nəbiyevin hansı şəraitdə yanıq xəsarətləri aldığı hələlik məlum deyil.

Mənbə: bizim.media