Ağsuda sürücü sükan arxasında öldü

Ağsuda sürücü sükan arxasında öldü

Ağsuda Bakı sakini avtomobil idarə edərkən ürəktutmadan vəfat edib.

Hadisə Ağsu-Kürdəmir yolunun rayonun Muradlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü Bakı sakini 1967-ci il təvəllüdlü Vüqar Soltan oğlu Abbasov həmin yolda hərəkətdə olarkən qəfildən halı pisləşib və o, sükan arxasında ürəktutmadan ölüb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Hazırda fakt araşdırılır.

Mənbə: oxu.az