Bakı-Şamaxı yolunda ağır qəza - 5 nəfər həyatını itirib - VİDEO

Bakı-Şamaxı yolunda ağır qəza - 5 nəfər həyatını itirib - VİDEO

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 5 nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.Ölənlərdən 4-ü hərbçi, biri isə mülki şəxsdir. Baş Dövlət Yol Polisi İdarəsi hadisə ilə bağlı məlumat yayıb. Qəza bu gün səhər saat 8 radələrində Sahil-Hacı Zeynaləbdin Tağıyev avtomobil yolunun 1-ci km-də baş verib. Belə ki, 28 yaşlı Ceyhun Qafarlının idarə etdiyi “Saipa” markalı avtomobili ilə Sahil qəsəbəsi istiqamətində hərəkətdə olarkən yük avtomobilini ötmək məqsədilə yolun əks hərəkət zolağına çıxıb. Daha sonra qarşıdan gələn, 36 yaşlı Xırdalan şəhər sakini Ramil Əliyevin idarə etdiyi “Opel” markalı avtomobillə toqquşub. Nəticədə “Saipa” nın sürücüsü və sərnişinləri 30 yaşlı Fərid Pənahlı , 29 yaşlı Toğrul Qafarov, 37 yaşlı Şərbət Yusifov , habelə “Opel ”ın sərnişini 64 yaşlı paytaxt sakini Mənaf Yusubov hadisə yerində həyatını itirib. “Opel”in sürücüsü Ramil Əliyev və “Saipa” nın sərnişini 29 yaşlı Azər Musazadə isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi başlanıb, ekspertizalar təyin edilib, zəruri istintaq tədbirləri həyata keçirilir.

Mənbə: www.atv.az