Tehranda “yasaq” olunmuş kitabları satan 11 nəfər həbs edilib

Tehranda “yasaq” olunmuş kitabları satan 11 nəfər həbs edilib

Bu barədə, Tehranın ümumi təhlükəsizlik polisinin rəisi Əli Zolqədri mayın 27-də jurnalistlərə açıqlamasında məlumat yayıb.
O bildirib ki, mayın 23-dən etibarən, paytaxtda təhlükəsizlik polisinin hökumətin çapına və yayımına qadağa qoyduğu “yasaq və lisenziyasız kitablar”ı qanunsuz olaraq satışa çıxaranlara qarşı tədbir planının icrasına başlanılıb: “Ümumi təhlükəsizlik polis əməkdaşları Tehranın İnqilab küçəsi və meydanında fəaliyyət göstərən 66 kitab mağazasında yoxlamalar aparmış, onlarda satışa çıxarılan 4 min cildə yaxın yasaq olunmuş kitabı müsadirə ediblər. Həmçinin bu kitabları qanunsuz yollarla çap etdirib oxucuların əlinə çatdıran 11 nəfər də əməkdaşlarımız tərəfindən həbs edilib” -deyə, Tehranın təhlükəsizlik polisinin rəisi Əli Zolqədri əlavə edib.
Polis rəisi, müsadirə edilən “yasaq” kitabların hansı mövzuları əhatə etdiyini, eləcə də həbs edilən şəxslərin adlarını açıqlamayıb.

Mənbə: davam.az